DÇ-2024: Milli ilk sınağına çıxır

DÇ-2024: Milli ilk sınağına çıxır

Futzal üzrə Azərbaycan millisi bu gün ilk oyununa çıxır. 

Fanat.Az xəbər verir ki, dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda yarışan yığma Bakı İdman Sarayında Polşa futzalçıları ilə qarşılaşacaq. 

Matç saat 20:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

DÇ-2024 Əsas mərhələ, 6-cı qrup

2:00. Azərbaycan – Polşa 

7 oktyabr. Bakı İdman Sarayı.  Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan) Timekeeper: Rza Məmmədov (Azərbaycan) Hakim-inspektor: Sven Eikler (Almaniya) UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər