DÇ-2022: Millimizin rəqibi mundiala 26 oyunçu ilə qatılacaq

DÇ-2022: Millimizin rəqibi mundiala 26 oyunçu ilə qatılacaq

Belçika millisinin DÇ-2022-yə yollanacaq heyəti açıqlanıb.

Fanat.Az Belçika Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Roberto Martines Qətərdəki mundialda 26 futbolçunun xidmətindən yararlana biləcək.

Qapıçılar: Tibo Kurtua ("Real Madrid"), Simon Minyole ("Brügge"), Kun Kastels ("Volfsburq").

Müdafiəçilər: Tibo Alderveyreld ("Antverpen"), Yan Vertongen ("Benfika"), Zeno Debast ("Anderlext"), Vaut Fas, Timoti Kastan ("Lester"), Artür Teate ("Renn" Fransa), Toma Mönye (Dortmund "Borussiya"sı).

Yarımmüdafiəçilər: Yannik Karrasko, Aksel Vitsel (hər ikisi "Atletiko Madrid"), Leander Dendonker ("Aston Villa"), Amadu Onana ("Everton"), Yuri Tilemans ("Lester") Hans Vanaken ("Brügge"), Eden Hazar ("Real Madrid"), Leandro Trossard ("Brayton").

Hücumçular: Romelu Lukaku ("İnter"), Dris Mertens ("Qalatasaray"), Şarl de Ketelare ("Milan"), Jeremi Doku ("Renn"), Mişi Batşuayi ("Fənərbağça"), Loi Openda ("Lans").

Qeyd edək ki, Martinesin yetirmələri noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək dünya çempionatında Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq. Belçika AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər