DÇ-2022: Bütün iştirakçılar bilindi

DÇ-2022: Bütün iştirakçılar bilindi

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib. 32-ci iştirakçı Kosta Rika yığması olub.

Fanat.Az xəbər verir ki, sözügedən ölkənin millisi qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib.

Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.

Beləliklə, pley-off mərhələsinin oyunlarından sonra mundiala vəsiqə qazanan bütün komandarın adına aydınlıq gəlib:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland,

B qrupu: İngiltərə, İran, ABŞ, Uels,

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa,

D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis,

E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya,

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya,

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun,

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda təşkil olunacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər