FİFA prezidenti Canni İnfantino Konfederasiyalar Kubokunda istifadə olunan videotəkrardan danışıb.
Fanat.Az xəbər verir ki, Rusiyada jurnalistlər önünə çıxan ali futbol qurumunun başqanı DÇ-2018-də eyni metodun tətbiqi üçün hər hansı maneə görmədiyini vurğulayıb:
"Bu üsuldan yalnız futbol qazandı. Hakimlərin üzərindəki təzyiqin azalması da müsbət haldı. DÇ-2018-də videotəkrarlardan istifadə olunacaqmı? Mən videotəkrarların dünya çempionatının oyunlarına tətbiqi üçün hər hansı maneə görmürəm".
Fanat.Az