Con Terri karyerasının ən yaxşı məşqçisini açıqladı

Con Terri karyerasının ən yaxşı məşqçisini açıqladı

İngiltərə yığmasının və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri futbolçu karyerasında ən yaxşı məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, London klubunun əfsanəsi bu barədə “Sky Sports"-a danışıb:

“Ən yaxşı məşqçim Joze Mourinyu olub. O, işləməkdən zövq aldığım xüsusi mütəxəssis idi. Uğurlarında Jozenin böyük əməyi və rolu olub. Bu mütəxəssis rəqiblərimizin planlarını əvvəlcədən bilirdi. Mən onu karyeramın ən yaxşı məşqçisi adlandıra bilərəm”. 

Xatırladaq ki, Con 1998-2017-ci illərdə “zadəganların” rənglərini qoruyub. London komandasının tərkibində Terri beş dəfə Premyer Liqa çempionu olub, həmçinin Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər