Cihan Özkara ilin son oyununda "fərqləndi

Cihan Özkara ilin son oyununda "fərqləndi

Almaniyanın III Bundesliqasında XXI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" "Ştutqart II"ni qəbul edib.

Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Cihan Özkara 90 dəqiqə meydanda olub. Millimizin sabiq hücumçusu 52-ci dəqiqədə sarı vərəqə alıb.

Bununla da III Bundesliqada qış fasiləsi yaranıb. "Preussen Münster" fxasiləyə 30 хalla 6-cı pillədə yollanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər