Cessi Linqard cərimələndi

Cessi Linqard cərimələndi

Cənubi Koreyanın təmsilçisi "Seul"un ingiltərəli yarımmüdafiəçisi Cessi Linqard cərimələnib.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, buna futbolçunun lisenziyasız elektrikli skuter sürməsi səbəb olub.

Linqard qanunu pozduğu üçün 128 avro ödəyəcək.

Cənubi Koreyada mövcud qanunvericiliyə görə elektrik skuter idarə etmək istəyənlər buna icazə verən lisenziyaya sahib olmalıdırlar. 31 yaşlı futbolçu ötən ilin sentyabrında da cərimələnmişdi. O, sərxoş maşın sürdüyü üçün Böyük Britaniyada 18 ay sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, Linqard bu ilin fevralından "Seul"da top qovur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər