"Aston Villa" böyük tarixi və adət-ənənələri olan klubdur".
Fanat.Az xəbər verir ki, bu sözləri İngiltərə təmsilçisinin yeni baş məşqçisi Stiven Cerrarda məxsusdur.
Klubun mətbuat xidmətinə danışan 41 yaşlı mütəxəssis hisslərini belə ifadə edib:
"Aston Villa" baş məşqçisi olduğuma görə fəxr edirəm. Rəhbərliklə danışdıqdan sonra klubun nə qədər iddialı planları olduğunu gördüm. Bu planları həyata keçirməkdə komandaya kömək edəcəyim günü səbirsizliklə gözləyirəm. "Qlazqo Reyncers"də mənə güvənib şans verən hər kəs təşəkkür edirəm".
Qeyd edək ki, Cerrard Premyer Liqa klubuna keçiridi bu gün rəsmiləşib.