Cerrardın "Reyncers"i sona 6 tur qalmış çempion oldu

Cerrardın "Reyncers"i sona 6 tur qalmış çempion oldu
"Reyncers" sona 6 tur qalmış Şotlandiya Premyer Liqasının qalibi olub.
Fanat.Az xəbər verir ki, bu gün "Seltik" səfərdə "Dandi Yunayted"lə qolsuz heç-heçə etdiyindən Stiven Cerrardın çalışdırdığı komanda tarixində 55-ci dəfə Şotlandiya çempionluğuna qovuşub.
32 tura 88 xal yığan Cerrardın yetirmələri "keltlər"i 20 xal qabaqladığı üçün əsas rəqib nəzəri şanslarını da itirmiş sayılıb.
"Reyncers" "Seltik"in ardıcıl 9 çempionluq seriyasını qırıb. Cerrard isə baş məşqçi qismində ilk belə titulunu qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər