CƏBHƏDƏN XƏBƏR: Əsgərimiz şəhid oldu, düşmənin 20-yə yaxın canlı qüvvəsi məhv edildi

CƏBHƏDƏN XƏBƏR: Əsgərimiz şəhid oldu, düşmənin 20-yə yaxın canlı qüvvəsi məhv edildi
İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, bir zirehli texnikası, bir radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi xidmət edən hərbi qulluqçusu - əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə cavab tədbirləri görür.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər