Cavid Qurbanov Dobromir Karamarinovla görüşdü

Cavid Qurbanov Dobromir Karamarinovla görüşdü

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov arasında görüş keçirilib.

Fanat.Az xəbər verir ki, görüş zamanı tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.

Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş olduğunu bildirən Dobromir Karamarinov bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər