Cavid İmamverdiyev sıradan çıxdı

Cavid İmamverdiyev sıradan çıxdı

Futbol üzrə Azərbaycan kubokunun 1/8 finalında “Sabah”la qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi son məşq ilə matçın hazırlığını başa vurub.

Fanat.Az xəbər verir ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq.

MOİK-ə qarşı son çempionat oyununda zədələnən Cavid İmamverdiyev komandaya kömək edə bilməyəcək.

Əvvəlki turlardan zədəli olan Nicat Verdiyev ilə Nihat Fərəci də qarşıdakı matçı buraxacaq. Gənc futbolçuların müalicəsi davam edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər