Cavid Hüseynov apellyasiya şikayəti verdi

Cavid Hüseynov apellyasiya şikayəti verdi

Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Fanat.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə C.Hüseyovun vəkili Adəm Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətdə C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər