"Bursaspor"un prezidenti iddialı danışdı: "Bu yolda kəlləmizi qoymuşuq"

"Bursaspor"un prezidenti iddialı danışdı: "Bu yolda kəlləmizi qoymuşuq"

Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Klubunun İdarə Heyətinin başkanı Emin Adanur sosial media hesabından iddialı açıqlama verib.

Fanat.Az xəbər verir ki, klub rəhbəri "twitter"dəki paylaşımında transferlərin bitdiyini, artıq birləşib komandaya dəstək olmaq vaxtının çatdığını bildirərək, maraqlı iddia səsləndirib:  "Biz "Bursaspor"u Superliqaya çıxarmaq üçün kəlləmizi qoyduq. Bu yolda yuxusuz, fədakarca çalışmağa davam edəcəyik". "Bursaspor"un prezidenti iddialı danışdı: "Bu yolda kəlləmizi qoymuşuq"  

Qeyd edək ki, Türkiyənin birinci liqa təmsilçisi yay transfer dövründə 17 futbolçunu sıralarına qatıb, ancaq sonradan onlardan 2-dən (Ozan Sol və millimizin sabiq üzvü Ufuk Budak) imtina edib.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər