"Əl-Nəsr"in futbolçusu Aleks Teles komanda yoldaşı Kriştianu Ronaldu haqda maraqlı fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, "Sapo Desporto" Aleks Telesin sözlərini belə çatdırıb:
"Mənim bura gəlişimdə Kristianu Ronaldu çox vacib rol oynadı. Onu "Mançester Yunayted"dən tanıyıram. Mən xoşbəxtəm ki, onun kimi bir idmançı ilə yaxından tanışam. O, pozitiv liderdir".
Ronaldu cari mövsüm "Əl-Nəsr"in heyətində 22 liqa oyununda 20 qol vurub.
Nahid Ustaclı