"Bunu Qrizmanna qarşı hörmətsizlik sayıram"

"Bunu Qrizmanna qarşı hörmətsizlik sayıram"

"Arsenal"ın və Fransa millisinin sabiq futbolçusu Rober Pires PSJ-nin hücumçusu Kilian Mbappenin "xoruzlar"ın əsas kapitanı təyin edilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb: 

"Bunu təəccüblə qarşıladım. Kiliana qarşı olmadığımı vurğulayaraq qeyd edim ki, belə seçimi Antuan Qrizmanna qarşı hörmətsizlik sayıram".

Qeyd edək ki, Fransa millisi martın 24-də Niderlandla qarşılaşacaq. Mbappe  "xoruzlar"ı AÇ-2024-ün seçmə mərhələsinin ilk oyununa kapitan qismində çıxaracaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər