Bukmeker kontoru Mbappenin atası ilə kobud zarafat etdi - FOTO

Bukmeker kontoru Mbappenin atası ilə kobud zarafat etdi - FOTO

PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe "Winamax"ın onun atası ilə bağlı zarafatından narazı olub.

Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, sosial şəbəkələrin birində bukmeker kontoru çılpaq ombasını göstərən azarkeşin qol qeyd etdiyi fotosunu yerləşdirib. "Winamax" zarafat edib ki, şəkildəki Mbappenin atasıdır:

“Vilfid Mbappe oğlunun Cənubi Afrikaya vurduğu qoldan sonra”

Bukmeker kontoru Mbappenin atası ilə kobud zarafat etdi - FOTO

Futbolçu "Winamax"ın zarafatını bəyənməyib və belə cavab verib: “Bu onlayn qumar təhlükəsidir. Heç bir çərçivə yoxdur. Xahiş edirəm bir az hörmət göstərin”.

Fransa - Cənubi Afrika yoldaşlıq oyunu Didye Deşamın komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Mbappe həmin matçda dubla imza atıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər