Budaq Nəsirovun komandasından maraqlı qərar

Budaq Nəsirovun komandasından maraqlı qərar

Portuqaliyanın "Sportinq" klubu ölkə kubokda "Setubal"a məğlubiyyətdən sonra (1:2) mübarizəni dayandırıb. 

Lissabon təmsilçisinin rəhbərliyi bu oyundan dərhal sonra maraqlı qərar qəbul edib. Belə ki, klub rəhbərliyi "Setubal"a icarə verilən iki futbolçunu - Rayan Qaul və Andre Geraldesi geri çağırıb.

Bu barədə məlumatı 90-cı dəqiqədə vurduğu qolla “Setubal”a qələbə qazandıran Edinyo sosial şəbəkə hesabında verib. O bildirib ki, hər iki futbolçu bundan sonra "Setubal"da yox, "Sportinq"in B komandasında çıxış edəcəklər.

Qeyd edək ki, milliu komandamızın üzvü Budaq Nəsirov hazırda "Sportinq"də çıxış edir.(“Qafqazinfo”)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər