“Bu toplanış çempion olmağımıza kömək edəcək”- AÇIQLAMA

“Bu toplanış çempion olmağımıza kömək edəcək”- AÇIQLAMA

Qış fasiləsinə lider “Qarabağ”dan 1 xaal geridə yollanan “Qəbələ” mövsümün qalan bölümünə  Antalyada hazırlaşır. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar”ın gürcü yarımmüdafiəçisi Nika Kvekveskiri klubun saytına danışıb. O, hazırlıq prosesini dəyərləndirib:

 

“Təlim-məşq toplanışının gecikmə ilə başlaması bir az yaxşı olmadı. İki gün itirdik. Buna baxmayaraq, səylə çalışıb, itirilən müddəti bərpa etməyi bacardıq. Artıq üç yoxlama oyunu da keçirmişik. Həmin görüşlərdə nəticə önəmli olmasa da, qələbə qazanmaq həmişə xoşdu. Hətta həyətdə oynayanda da qalib gəlmək sevindirici olur. Çünki belə nəticə psixoloji hazırlıq və özünəinamı yüksəldir. Hazırda çempionatda bizə lazım olacaq məqamların üzərində çalışırıq. Ən əsası isə ciddi zədədən əziyyət çəkən futbolçumuz yoxdur. Yalnız kiçik xəsarəti olanlar var.  İnanıram ki, bu toplanış ilk dəfə Azərbaycan çempionu olmağımıza kömək edəcək. Adətən toplanışdan sonra tam formanı yığmaq üçün 2-3 oyun lazım olur. Düşünürəm ki, “Sumqayıt”la ilk matça 100 faiz hazır olacağıq. İlk görüşdən elə futbol nümayiş etdirməyə çalışacağıq ki, hədəfimizə çata bilək. İlk qarşılaşmada heyətimizdə bəzi itkilər olacaq. Amma onları əvəzləyəcək futbolçularımız da var”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər