Bu qız gözəlliyi və əzələləri ilə hamını heyran edir - FOTO/VİDEO

Bu qız gözəlliyi və əzələləri ilə hamını heyran edir - FOTO/VİDEO

20 yaşlı Yuliya Vins əzələli bədən quruluşuna görə, sosial şəbəkələrin ulduzuna çevrilib.

Görünüşünə görə onu izləyənlər “Əzələli barbi” adlandırırlar. Bu xanımın çox gözəl üz cizgiləri, həm də çox möhkəm bədən əzələləri var.

Saratovda yaşayan bu xanım pauerliftinq idman növü ilə məşğul olur. Artıq bir çox yarışlarda uğur qazanıb.

Yuliya ilk dəfə idman zalına 15 yaşında gəlib. Onun sözlərinə görə, həftədə 5 dəfə idman zalına gəlir. Yarışlara hazırlaşanda ciddi pəhriz saxlayır. Yalnız həftədə bir dəfə özünə ürəyi nə istəyirsə yeməyi icazə verir. (aznews.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər