Bu qadının qızı olsa, "Fənərbaxça" çempion olacaq - FOTO

Bu qadının qızı olsa, "Fənərbaxça" çempion olacaq - FOTO

"Fənərbaxça"nın basketbol üzrə Avroliqanın finalında qarşılaşacağı "Olimpiakos"un ulduzu Vassilis Spanoulislə bağlı inanılmaz bir təsadüf üzə çıxıb. Fanat.Az xəbər verir ki, yunan basketbolunun əfsanəsi hesab olunan oyunçu həyat yoldaşı Olimpia Çopsonidounun hamilə olduğu illərdə kubok qazanır.

Cütlüyün ilk uşağı 2009-cu ildə dünyaya gəlib. Həmin vaxt Vassilis "Panatinaikos"la Avroliqanın qalibi olub. Olimpia 2012-ci ildə yenidən hamilə qalıb və əri "Olimpiakos"la Avroliqada çempionluq sevinci yaşayıb. 

Cütlük 2013-cü ildə üçüncü uşaqlarının dünyaya gələcəyini elan edib. Eyni ildə Spanoulis "Olimpiakos"la ardıcıl ikinci dəfə kuboku qazanıb.

Onların 2015-ci ildə dördüncü uşağı dünyaya gəlib. Vassilis bu dəfə kuboku qazanmasa da, Avroliqada final oynayıb.

Burada diqqət çəkən ən önəmli məqam odur ki, Olimpia dünyaya oğlan uşağı gətirəndə Vassilis Avroliqanın qalibi olub. İlk 3 uşaqlarının doğulduğu illərdə o, bu uğurlara imza atıb. Son uşaqları isə qız olub və Vassilis həmin il ikinciliklə kifayətlənib.

İndi Olimpia-Vassilis cütlüyü 5-ci uşağı gözləyir və "Olimpiakos" yenə finaldadı. Yunanıstan mətbuatı indi ən çox bu məsələni müzakirə edir. Olimpiya bu dəfə dünyaya oğlan, yoxsa qız gətirəcək?

Bu qadının qızı olsa, "Fənərbaxça" çempion olacaq - FOTO

Bu qadının qızı olsa, "Fənərbaxça" çempion olacaq - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər