"Bu, mənim Peledən yaxşı olmağım anlamına gələ bilməz"

"Bu, mənim Peledən yaxşı olmağım anlamına gələ bilməz"

Neymar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Boliviyanı 5:1 hesabı ilə məğlub etdikləri matçda rəqib qapısına 2 dəfə yol tapmaqla Pelenin rekordunu yeniləməsindən danışıb.

Fanat.Az xəbər verir ki, "L’Equipe" milli forma ilə 78 və 79-cu qollarını vuraraq yığmada rəsmi görüşlərində 77 dəfə fərqlənmiş əfsanəni geridə qoyan 31 yaşlı yaşlı hücumçunun dediklərini belə çatdırıb:

"Çox şadam, deməyə söz tapmıram. Heç vaxt Pelenin rekordunu yeniləyəcəyimi düşünməmişəm. Bu, mənim ondan yaxşı olmağım anlamına gələ bilməz. Ancaq həmişə adımı Braziliya futbolunun tarixinə yazdırmaq istəmişəm və bu gün bunu bacardım".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər