Bu klub 107 il sonra aşağı liqaya düşdü - FOTO

Bu klub 107 il sonra aşağı liqaya düşdü - FOTO

Braziliya A Seriyasında mövsümün son matçları keçrilib. Fanat.Az xəbər verir ki, ötən həftələrdə "Palmeyras" çempionluğuğunu elan etmişdisə, XXXVIII turda B Seriyasına düşən son klub müəyyənləşib.

Bu ölkənin köklü klublarından olan "İnternasional" olub. Klub 107 illik tarixində ilk dəfə aşağı liqaya yuvarlanıb. Onlar son turda "Flumiense" ilə "sülh" bağlayıb (1:1) və 43 xalla B Seriyasına düşüblər. 

"İnternasional" klubu 1909-cu ildə yaradılıb. Komanda 3 dəfə A Seriyasının, 1 dəfə ölkə kubokunun, 45 dəfə Regional çempionatın qalibi olub. "İnternasional" həmçinin 2006-cı ildə FIFA klublararası dünya çempionatının, 2006-2010-cu illədə Libertadores Kubokunun və 2008-də Sudamerikananın qalibi adını qazanıb.

Bu klub 107 il sonra aşağı liqaya düşdü - FOTO

Bu klub 107 il sonra aşağı liqaya düşdü - FOTO

Qeyd edək ki, "İnternasional"dan başqa "Fiqueyrense", "Santa Kruz" və "Amerika MG" B Seriyasına düşüb. Onları aşağı liqadan gələcək "Atletiko GO", "Avay", "Vasqo da Qama" və "Bahya" əvəzləyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər