Bu il Dünya Kuboku olmayacaq

Bu il Dünya Kuboku olmayacaq

Dünya Güləş Birliyi (UWW) bu gün rəsmi saytı vasitəsilə noyabrda İranda (yunan-Roma güləşi), dekabrda isə ABŞ-da (sərbəst güləş, qadın güləşi) keçirilməsi nəzərdə tutulan Dünya Kuboku yarışları baş tutmayacağını elan edib.

Fanat.Az xəbər verir ki, ali qurum əksər ölkələrin dünya çempionatından sonra əsas diqqəti Paris-2024 Olimpiadasına hazırlığa yönəldəcəyi qənaətinə gələrək bu addımı atıb. Bu səbəbdən bir çox aparıcı güləş yığmaları Dünya Kubokunda iştirak etməyə bilər. 

UWW bununla bağlı təhlillər apardıqdan və təşkilatçı dövlətlərlə məsləhətləşdikdən sonra builki Dünya Kuboku yarışlarının ləğv edilməsi qərarını verib.

Xəbərdə o da qeyd edilib ki, ali qurum bu yarışa böyük önəm verir və növbəti illərdə Dünya Kubokunun keçirilməsi nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər