"Boulevard"a "calanan" Stuxlikin maaşı nə qədərdi? - ÖZƏL

"Boulevard"a "calanan" Stuxlikin maaşı nə qədərdi? - ÖZƏL

Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin məvacibi bəllidi.

 

Fanat.Az-ın məlumatına görə, avstriyalı 16 min avro məvacib alır. Maraqlıdır ki, AFFA-nın baş katibi Elxan Məmmədovun "tapıntısı” hansısa mənzildə yox, dəbdəbəli "Boulevard” oteldə yaşayır.

 

Stuxlikin bu məkanı seçməsi də təsadüfi deyil. AFFA-nın "vəzir”inin qardaşı sözügedən oteldə menecer qismində fəaliyyət göstərir. Stuxlik Elxan müəllimin qardaşına tərəf ötürdüyü yeganə əcnəbi deyil. Yığmamızın sabiq çalışdırıcısı Berti Foqts və 17 yaşadək qızlardan ibarət yığmamızın baş məşqçisi Sissi Rayt da ölkəmizdəki günlərini baş katibin qardaşının işlədiyi oteldə keçirib.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər