Bonillanın yeni klubu müəyyənləşdi

Bonillanın yeni klubu müəyyənləşdi

14 qolla Azərbaycan Premyer Liqasının ən sərrast 2-ci futbolçusu olmuş Salvador millisinin hücumçusu Nelson Bonilla Azərbaycanda qalmamağa qərar verib.

Fanat.az xəbər verir ki, Bonilla öz şəxsi "Instagram" və "Facebook" səhifələrində ispan və ingilis dillərində "Zirə" klubundakı komanda yoldaşlarına və bütün azarkeşlərə öz təşəkkürünü bildirib, Bakıdan yaxşı xatirə ilə ayrıldığını qeyd edib.

Artıq onun yeni klubunun adını da müəyyənləşib. Qaynarinfo.az-ın məlumatına görə, bu, 99 faiz Portuqaliyanın "Nasional" klubudu. Bonillaya həmçinin İsveçrə klubundan da təklif olduğunu bildirək. Onu "Vill" klubu istəyir. Bu klub daha çox "Zirə"yə transfer məbləği ödəyir. Bu üzdən "Zirə"nin bu təklifə razı ola biləcəyi də istisna deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər