"Biz yalnız irqçilər birbaşa həbsxanaya gedəndə qalib gələcəyik!"

"Biz yalnız irqçilər birbaşa həbsxanaya gedəndə qalib gələcəyik!"

"Real Madrid"in braziliyalı vingeri Vinisius Junior növbəti dəfə İspaniya futbolundakı irqçilik probleminə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "sambaçı" sosial şəbəkə hesablarında belə yazıb: 

“Bu həftəsonu oynamıram. Ancaq yalnız şənbə günü İspaniyada üç aşkar irqçilik hadisəsi yaşandı. Sevilyadan Akunya və Kike Sançes Floresi, "Rayo Mahadahonda"dan isə Sarranı tam şəkildə dəstəkləyirəm. Qoy onların cəsarəti başqalarına ilham versin. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam edə bilməz. Biz yalnız irqçilər stadionları tərk edib birbaşa həbsxanaya - layiq olduqları yerə gedəndə qalib gələcəyik!”.

Xatırladaq ki, La Liqa çərçivəsində dünən keçirilən "Xetafe" - "Sevilya" matçı (0:1) zamanı yerli azarkeşlər Əndəlüs təmsilçisinin argentinalı müdafiəçisi Markos Akunyanı "meymun", baş məşqçisi Kike Sançes Floresi isə "qaraçı" adlandırıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər