Dortmund "Borussiya"sının direktoru Hans-Yoahim Vatske klubun ən yaxşı futbolçularını niyə satdığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Bu, bizim istəyimiz deyil. İndiyə qədər hansısa oyunçumuzu kiməsə təklif etməmişik. Bəzən hansısa klublar oyunçuya maraq göstərir və biz həmin futbolçunu saxlaya bilmirik.
Biz nə Robert Levandovski, nə Mario Götse, nə Erlinq Holand, nə də Cud Bellingemlə vidalaşmaq istəmişik. Digər tərəfdən, bu futbolçuların satılması klubda görülən işlərin nəticəsidir. Hə, pul məsələsini unutmaq olmaz. Biz elə səviyyəli oyunçuları saxlasaq, gərək hərəsinə əvvəlkindən dörd dəfə çox maaş təklif edəydik".
Nihat