Bakının Binə qəsəbəsindəki Atçılıq Mərkəzində oğurluq olub. Fanat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti məlumat yayıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, idman kompleksində Bakı şəhər sakini Emin Məmmədovun 802 manatını, 46050 rubulunu və evinin açarlarını masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həmid Mirzəyev tutulub.
Fanat.az