"Bəzi insanlar düşünürlər ki, başqa cür ola bilməzdi, amma..." - Spalletti qələbəni dəyərləndirdi

"Bəzi insanlar düşünürlər ki, başqa cür ola bilməzdi, amma..." - Spalletti qələbəni dəyərləndirdi

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti komandasının yoldaşlıq görüşündə Ekvador üzərində qazandığı qələbəni (2:0) şərh edib.

Fanat.Az xəbər verir ki, onun Harrison şəhərində (Nyu-Cersi ştatı, ABŞ) baş tutan görüşdən sonra dediklərini "Football Italia" belə çatdırıb:

"Ekvador Avropa futbolunun dərinliklərini və Cənubi Amerika futbolunun cəsarətini özündən cəmləşdirən komandadır. Onlar oyun tempi, güc və taktiki ustalıq baxımından çox çətin rəqibdirlər. Biz nə hücuma aludə olduq, nə də tam şəkildə qapandıq. Fikrimcə, müsbət məqamdır. Bəzi insanlar düşünürlər ki, İtaliyanın qələbəsi gözlənilən nəticədir və başqa cür ola bilməzdi, amma belə deyil. Bütün rəqiblərə hörmət etmək lazımdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər