Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Tiflis "Lokomotiv”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
27 yaşlı Vüqar 90-cı dəqiqədə forma şansı qazanıb.
Qeyd edək ki, "Telavi” 11 oyunda cəmi 7 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə mövqe tutub.
Fanat.Az