Berti Foqts yığmamıza: Dəlisiniz?

Berti Foqts yığmamıza: Dəlisiniz?

Millimizin sabiq baş məşqçisi Berti Foqts seçməmizi yada salıb. Fanat.Az-ın məlumatına görə, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq komandamız haqqında “t-online.de” portalında yenə fikir bildirib:

 

 “Şübhəsiz, Almaniya bu oyunda qələbə qazanacaq. Azərbaycanın ortaya qoyacağı xüsusi nəsə yoxdu. San Marino qarşısında qələbə rəqibdə qəribə xəyallar yaratdı. Ancaq onlara demək lazımdı ki, dəlisiniz? Siz həqiqətən qrupda ikinci olmaq istəyirsiniz?”

 

70 yaşlı çalışdırıcı millimiz haqqında xoş sözlər də deyib: “Onların doğru yolda olduqlarını deyə bilərəm. Maraqlı oyunçuları var ki, II Bundesliqada güclü komandalarda çıxış edə bilərlər. Məni ən çox məyus edən isə odur ki, onlar Azərbaycanda oynamaqdan məmnundular. Çünki orda rahat olurlar. Azərbaycanda əsas diqqət şahmata və güləşə ayrılıb”.

Qeyd edək ki, Foqts sözügedən portalda ara-sıra bloq yazır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər