Bernardu Silva "şəhərlilər"in tarixinə düşdü

Bernardu Silva "şəhərlilər"in tarixinə düşdü

Portuqaliya millisinin futbolçusu Bernardu Silva İngiltərənin "Mançester Siti" klubunda noyabrın ən yaxşı oyunçusu seçilib.

Fanat.Az Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş səsvermədə 48 faiz səs toplayıb.

Ardıcıl 3-cü dəfə bu ada layiq görülən təcrübəli vinger "Mançester Siti"nin tarixinə düşüb. Silvadan öncə bu nailiyyətə çatan olmayıb.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər