Berluskoninin şəxsi həkimi klub prezidenti oldu

Berluskoninin şəxsi həkimi klub prezidenti oldu

A Seriyasında mübarizə aparan "Cenoa"nın yeni sahibi açıqlanıb.

Fanat.Az sözügedən İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub artıq holdinq şirkətinə - "777 Partners"ə məxsusdur.

Genuyalıların yeni prezident isə professor Alberto Zanqrillodur. Sabiq prezident Enriko Pretsiozi də klubda qalacaq. O, yeni başqanın məsləhətçisi qismində fəaliyyət göstərəck.

Qeyd edək ki, Zanqrillo 85 yaşlı Silvio Berluskoninin şəxsi həkimidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər