Benzema 1-ci pilləyə yüksəldi

Benzema 1-ci pilləyə yüksəldi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Mançester Siti"yə 3:4 hesabı ilə uduzan "Real Madrid"in hücumçusu Kərim Benzema dubl edib.

Fanat.Az xəbər verir ki, Fransa millisinin hücumçusu "Etihad"da vurduğu iki qol sayəsində  ÇL-in bombardirlər cədvəlində liderliyə yüksəlib.

Bu mövsüm qitənin ən nüfuzlu klub turnirində 14 dəfə rəqib qapılarına yol tapan Benzema hesabında 13 qol olan Robert Levandovskini geridə qoyub. "Bayern Münhen"in polşalı forvardı ikincidirsə, üçüncü yerdə "Ayaks"ın hücumçusu Sebastyen Haller (11 qol) mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər