Belarusu penaltilərlə udduq, 9-cu olduq

Belarusu penaltilərlə udduq, 9-cu olduq

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununa çıxıb. Fanat.Az xəbər verir ki, yığmamız 9-cu yer uğrunda matçda Belarus millisini sınağa çəkib.

 

Peterburqski İdman-Konsert Kompleksində baş tutacaq qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. 76-cı dəqiqədə Bilinkin hesabı açıb. Matçın sonuncu dəqiqəsində Rafael Hüseynov bərabərlik qolunu vuraraq, oyunu penaltilərə qədər uzadıb.

 

Bu mərhələdə isə millimiz daha dəqiq oynayaraq 9-cu yeri əldə edib.

 

Valentin Qranatkin turniri

9-cu yer uğrunda oyun

20 yanvar

 

Azərbaycan - Belarus 1:1 (penalti - 5:4)

Qollar: Rafael Məhərrəmli, 90 - Mikita Bilinkin, 76.

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 2. Metin Güler, 13. Yusif Həsənov, 14. Hüseyn Seygili, 8. Süleyman Əhmədov, 11. Barış Ekinciler, 20. Bahadur Həziyev, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 19. İbrahim Əliyev.

Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 17. Murad Qayalı, 4. İsmayıl Karakaş, 6. İbrahim Qədirzadə, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 9. Doğukan Öksüz.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər