Bəhmən Həsənov "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi 0:1 hesabı ilə uduzduqları oyundan sonra bunları deyib:
"Yaxşı oyun keçdi. Mübarizə apardıq, ancaq bu dəfə də məğlub olduq. "Rəvan”ın haqqı hər dəfə yeyilir. Rəqib əllə oynayırsa, penalti verilməlidi. Düşünürəm ki, hakim oyunu aşağı səviyyədə keçirdi. Qərəz olduğunu düşünmürəm. Ancaq niyə belə olduğunu da bilmirəm. Əgər o epizodları bizim oyunçular etsəydilər qapımıza penalti verəcəkdilər. Qol vura bilməməyimizdə sadəcə ustalığımız çatmadı. “Qəbələ”nin yaxşı müdafiə xətti var. Onu keçməkdə çətinlik çəkdik”.(“CBC Sport”)
Fanat.az