Bədavinin durumuna aydınlıq gəldi

Bədavinin durumuna aydınlıq gəldi

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dünən baş tutan "Qarabağ" - "Atletiko” oyununda (0:0) zədələnən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Fanat.Az-a klubdan verilən məlumata görə, matçın sonlarına yaxın ikili mübarizə zamanı xəsarət alan müdafiəçi uzun müddətə sıradan çıxıb.

 

İlkin müayinələrə əsasən arxa xətt oyunçusu təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Hərçənd Ağdam təmsilçisi daha uzun müddətə də Bədavisiz qala bilər. Çünki ayaq bağlarında problem yaranan Hüseynovun bərpa prosesini necə keçməsi də şərtdi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər