"Bayern"in direktoru Tuxelin gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırdı

"Bayern"in direktoru Tuxelin gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırdı

"Bayern Münhen"in direktoru Yan-Kristian Drezen komandanın baş məşqçisi Tomas Tuxelin postunu tərk edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, bunu avtomobilində olan Drezendən azarkeşlərdən biri soruşub.

Xəbərə görə, öncə gülümsəyən futbol funksioneri tərəfdarın təkidindən sonra "baxarıq" deməklə kifayətlənib.

Xatırladaq ki, daha öncə mətbuatda Tuxelin istefaya göndəriləcəyi ilə bağlı informasiyalar yayılıb. Sözügedən mütəxəssisin yerini Zinəddin Zidanın və ya Ule-Qunnar Sulşerin tutacağına dair iddialar da var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər