Başına silah dayayıb saatını aldılar - ŞOK

Başına silah dayayıb saatını aldılar - ŞOK

İspaniya çempionatında qarşılaşacaqları "Real"la oyun öncəsi "Atletiko"nun futbolçusu Koke xoşagəlməz olayla üzləşib.

Fanat.Az xəbər verir ki, cümə axşamı Madridin populyar bölgələrindən olan Çamberidə maşını götürmək üçün avtoparka girən Koke silahlı soyğuna məruz qalıb. Belə ki, motosikletli bir soyğunçu onun başına silah dayayaraq saatını istəyib. 70 min avroluq saatı ələ keçirən oğru oradan sürətlə uzaqlaşıb. 

Futbolçunun şikayətindən sonra polislər kamera vasitəsilə oğrunun kimliyini müəyyənləşdirməyə çalışır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər