"Barsa"da 16 il oynamış ulduz geri dönmək istəyir

"Barsa"da 16 il oynamış ulduz geri dönmək istəyir

Yaponiyanın "Vissel Kobe” klubunun yarımmüdafiəçisi Andres İnyesta "Barselona”ya dönmək arzusunu dilə gətirib.

 

 

Fanat.Az "Club del Deportista”ya istinadən xəbər verir ki, 34 yaşlı orta xətt oyunçusu belə deyib:

"Hər şey məndən asılı olsaydı, geri dönərdim. Amma bizi gələcəkdə nə gözlədiyini bilmirik. Özümə uyğun işi görmək üçün qayıtmaq istəyərdim. İllərlə yığdığım təcrübəni paylaşmaqdan məmnun olardım”.

İnyesta "Barsa”nın yetirməsidi. O, klubun əsas komandasında 16 il keçirib. Bu müddətdə 674 matça çıxan futbolçu 57 qol vurub. Kataloniya təmsilçisi ilə 32 mükafat qazanan ulduz yarımmüdafiəçi ötən ilin yayında azad agent qismində "Vissel Kobe” ilə anlaşıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər