"Adana Demirspor" klubunda çıxış edən Mario Balotelli Türkiyəni tərk etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, artıq 32 yaşlı hücumçunun yeni klubu da müəyyənləşib.
Bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib. Mənbənin iddiasına görə, o, İsveçrənin "Sion" klubuna keçməyə qərar verib. İtaliya yığmasının sabiq forvardının bu gün yeni klubunda tibbi müayinədən keçəcəyi gözlənilir.
Balotelli Super Liqanın IV turunda "Umraniyespor"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra "Adana Demirspor"un baş məşqçisi Vinçentso Montella ilə insident yaşayıb. Final fitinin ardından əsəbi formada meydana daxil olan Montella Balotellinin üzərinə yeriyib. Təcrübəli forvardla baş məşqçini araya girən rəsmi şəxslər və digər oyunçular sakitləşdiriblər.
Mətbuat konfransında isə Montella bildirib ki, Balotelli gözlənilən oyunu sərgiləməyib: "Matçın sonlarında belə gərginliklər ola bilər. Başqa bir şərh əlavə etməyəcəyəm".
Qeyd edək ki, Mario Balotelli 2021-ci ildən "Adana Demirspor"un formasını geyinir.
Mirağa