Mario Balotelli çıxış etdiyi İtaliyanın "Monza" klubundan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira tvitter hesabında məlumat yayıb.
Onun sözlərinə görə, A Seriyaya yüksələ bilməyən klub italyan hücumçu ilə müqaviləni yeniləmək niyyətində deyil.
Qeyd edək ki, 30 yaşlı futbolçu B Seriya komandasına ötən mövsüm keçmişdi. O, cəmi 9 oyunda meydana çıxıb və 4 qola imza atıb.
Röya