Bakıda dünya çempionatı start götürdü

Bakıda dünya çempionatı start götürdü

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, Kristal Zalında keçirilən yarışlar saat 09:00-da başlayıb.

Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq-da qüvvəsini sınayacaqlar. 

Bu gün Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 4-dək davam edəcək dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər