Bakıda daha iki yol bağlanır - Formula 1-ə görə 

Bakıda daha iki yol bağlanır - Formula 1-ə görə 

Bakıda daha iki yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yayıb.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər