"Bakcell Arena" təmirə bağlanır

"Bakcell Arena" təmirə bağlanır

"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır.

Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.

Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Qeyd edək ki, son ölkə çempionu martın 13-də Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt"ı qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər