Bafetimbi Qomisin yeni klubu bəlli oldu

Bafetimbi Qomisin yeni klubu bəlli oldu

Bu yay “Qalatasaray”dan ayrılan Bafetimbi Qomisin yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, fransalı hücumçu karyerasını Yaponiyada davam etdirəcək.

38 yaşlı oyunçu "Kavasaki Frontale"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik sözləşməyə imza atıblar.

Qomis son mövsümdə "Qalatasaray" forması ilə 28 oyuna çıxaraq 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, 2017-2018-ci illər aralığında da "Qalatasaray"da top qovub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər