17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Fanat.Az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.
Azərbaycanın U-17 millisinin heyətini nəzərinizə çatdırırıq:
1.İradə Əsədli Şəfa 2.Süməyyə Əhməd Ulduz 3.Aysu Əsədova Sabah 4.Ayan Abdiyeva Liman 5.Xədicə Rəhimova Neftçi 6.Zəhra İsmayilova Şəfa 7.Aylin Azadova Sabah 8.Məryəm Nuruzadə Ulduz 9.Nuray Əzizova Təhsil 8 İOEUGİM 10.Aylin Əliyeva Ulduz 11.Məryəm Səmədli Sabah 12.Suel Polikarpova Neftçi 13.Sara Səlimova Neftçi 14.Fatimə Kərimli Sabah 15.Dəniz Mikayıllı Şəfa 16.Sara Qaribova Təhsil 8 İOEUGİM 17.Şəhanə Mirzəliyeva Liman 18.Zəhra Abdullayeva Ulduz