Azərbaycan derbisinin vaxtı açıqlandı

Azərbaycan derbisinin vaxtı açıqlandı

Premyer Liqada III turun oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən dərhal sonra keçiriləcək turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib.

Mərkəzi görüşdə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Ötən mövsümün qalibi və vitse-çempionu sentyabrın 12-də üz-üzə gələcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Premyer Liqa III tur 11 sentyabr (şənbə)

“Sabah” – “Qəbələ” “Bank Respublika Arena”, 18:00

“Keşlə” – “Zirə” “ASK Arena”, 20:15

12 sentyabr (bazar)

“Səbail” – “Sumqayıt” “ASCO Arena”, 18:00

“Neftçi” – “Qarabağ” “Bakcell Arena”, 20:30

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər