Azərbaycan basketbolunda ilk

Azərbaycan basketbolunda ilk

Aprelin 3-də qadınlar arasında ilk dəfə olaraq basketbol üzrə Azərbaycan kubokunun oyunlarına start veriləcək.

Fanat.Az xəbər verir ki, BBA, “Alov”, PH və “AZE U-16” komandalarının iştirak edəcəyi Azərbaycan kubokunda oyunlar dairəvi sistemdə keçiriləcək.

Turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar. Final qarşılaşması aprelin 10-da keçiriləcək.

Basketbol üzrə Azərbaycan Kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçiriləcək və federasiyanın “youtube” hesabından canlı olaraq təqdim olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər